Çin ABŞ-dan Suriyaya qarşı sanksiyaları ləğv etməyi tələb etdi

Çin ABŞ-dan Suriyaya qarşı sanksiyaları ləğv etməyi tələb etdi

Dağıdıcı zəlzələnin fonunda ABŞ dərhal Suriyaya tətbiq etdiyi birtərəfli sanksiyaları ləğv etməli və humanitar yardım üçün qapıları açmalıdır.

Az.rasthaber.com rus mediasına istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Mao Nin bəyan edb.

Böyük fəlakətin fonunda ABŞ özünün zəhlə tökən geosiyasi ideyalarından əl çəkməli, dərhal Suriyaya qarşı olan birtərəfli sanksiyaları ləğv etməli və humanitar yardım üçün qapıları açmalıdır“, – deyə o qeyd edib.

Çinli diplomat əlavə edib ki, bu gün ABŞ hərbçiləri əvvəlkitək Suriyanın əsas neft hasilatı bölgələrini işğal altında saxlayaraq Suriya neftini mənimsəyir, Suriyanın ərzaq ehtiyatlarının qaçaqmalçılığı ilə məşğuldur və bu hərəkətləri ilə də Suriyadakı humanitar böhranı daha da ağırlaşdırır.

Xatırladaq ki, daha öncə Suriya Qızıl Xaçının başçısı Xalid Hbubati zəlzələ fəsadlarının aradan qaldırılmasını sürətləndirməyə kömək üçün Qərb ölkələrni rəsmi Dəməşqə tətbiq edilən iqtisadi blokadanı ləğv etməyə çağırıb.

 

Xəbəri paylaş

VİDEOLAR