Çili prezidenti İsrail səfirinin etimadnaməsini qəbul etməyib

Çili prezidenti İsrail səfirinin etimadnaməsini qəbul etməyib

Çili prezidenti Fələstin xalqına dəstək olaraq İsrail səfirinin etimadnaməsini qəbul etməkdən imtina edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, “Jerusalem Post” Çili mediasına istinadən yazıb ki, prezident Qabriel Boriç cümə axşamı Təl-Əvivin Çilidəki səfiri Gil Artzilidən etimadnamə almaqdan imtina edib.

Çili mənbələri bu qərarın etiraz əlaməti olaraq və İsrail ordusunun Qəzza zolağının son bombardmanı zamanı fələstinli uşaqların öldürülməsinə görə verildiyini bildirib.

Hazırda Təl-Əviv səfirinin etimadnaməsinin qəbulu təxirə salınıb və prezidentin səfirin etimadnaməsini təsdiq edib-etməyəcəyi də bəlli deyil.

Xəbəri paylaş

VİDEOLAR