Sionist İsrailin İranın Suriyadakı konsulluğunun binasını vurmasından sonra Yaxın Şərqdə gərginlik pik həddə çatıb. CIA qatil İsrail rəhbərliyinə “Tehran 48 saat ərzində zərbə endirəcək” notası göndərib.
Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin aprelin 1-də İranın Suriyadakı konsulluğunun binasına hücumu regionda gərginliyi artırıb.
İran İnqilabı Keşikçiləri Korpusunun iki generalı da daxil olmaqla 7 nəfərin şəhid olduğu hücumdan sonra İslam İnqilabının Rəhbəri Ayətulah Xamenei “İsrailə cavab veriləcək” deyib.
Ayətullah Xameneidən sonra Livandakı Hizbullah İsrailə cavab veriləcəyini bildirib.
ABŞ-da yerləşən VOX News, MKİ-nin İsrailə İranın 48 saat ərzində hücum edəcəyi barədə məlumat verdiyini yazıb. Eyni xəbər Livanın “Al Mayadeen” mətbuatında da dərc olunub. Livan mediası İranın pilotsuz təyyarələr və raketlərdən ibarət “yağış”la hücum edəcəyini iddia edib.