“Charlie Hebdo”-nun keçmiş ofisinə hücum

“Charlie Hebdo”-nun keçmiş ofisinə hücum

Parisdə naməlum şəxslər “Charlie Hebdo” jurnalının redaksiyasının keçmiş ofisinə soyuq silahla hücum ediblər.

Rasthaber xəbər verir ki, hadisə Fransa paytaxtının 11-ci dairəsində Nikolya Apper küçəsində baş verib. 4 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti olduqca ağırdır.

KİV-lərin məlumatına görə, yaralılardan ikisi adıçəkilən jurnalın keçmiş ofisində fəaliyyət göstərən “Premières Lignes” informasiya agentliyinin əməkdaşlarıdır.

Şübhəlilərdən biri Bastiliya meydanı yaxınlığında, digəri isə metronun “Rişar Lenuar” stansiyası yaxınlığında tutulub.

Xatırladaq ki, cari ayıda adıçəkilən jurnal yenidən Məhəmməd peyğəmbərin (s) karikaturalarını dərc edib. Jurnal daha öncə də bu cür təhqiramiz jurnallar dərc edib. 2015-ci ildə “Charlie Hebdo”-nun ofisinə hücum olub, 12 nəfər öldürülüb, 11 nəfər isə yalanmışdı.

Xəbəri paylaş

VİDEOLAR