Ceyhun Bayramov İndoneziyaya başsağlığı verib

Ceyhun Bayramov İndoneziyaya başsağlığı verib

Nazir “Twitter” hesabında paylaşım edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Twitter” hesabında İndoneziyada sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib.

Rasthaber Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir:

“Cakartanın yaxınlığında baş verən faciəvi təyyarə qəzası ilə bağlı xəbərlər məni çox kədərləndirdi. Bu faciəvi təyyarə qəzasında yaxınlarını itirən ailələrə başsağlığı diləyirik. Dəstəyimiz və həmrəyliyimiz qardaş İndoneziya xalqı ilədir”.Xatırladaq ki, şənbə günü İndoneziyada sərnişin təyyarəsi Cakarta yaxınlığında Yava dənizinə düşüb. Təyyarənin göyərtəsində 50-dən çox sərnişinin olduğu qeyd olunub.

Xəbəri paylaş

VİDEOLAR