Çexiyada silahlı hücum: 6 nəfər öldü

Çexiyada silahlı hücum: 6 nəfər öldü

Çex radiosunun məlumatına görə, şübhəlinin işlədiyi şirkətin rəhbəri onun yerli tikinti sahəsində texnik işlədiyini və səhhəti ilə əlaqədar məzuniyyətdə olduğunu bildirib.

Rasthaber Azərbaycan xəbər verir ki, Çexiya polisinin verdiyi məlumata görə, 42 yaşlı silahlı şəxs çərşənbə axşamı Ostrava şəhərindəki xəstəxananın gözləmə otağında altı nəfəri öldürdükdən sonra qaçaraq özünə qəsd edib.

Bu, silahlı cinayətlərin nadir hallarda baş verdiyi Çexiyada 2015-ci ildə Uherski Broddakı restoranda baş vermiş və 8 nəfərin ölümü ilə nəticələnən hadisədən sonra ən dəhşətli silahlı hücum sayılır.

Paytaxt Praqadan 350 km. şərqdə və Polşa ilə sərhədə yaxın olan Ostravadakı Universitet Xəstəxanasının poliklinikasında erkən saatlarında baş verən atışmanın motivləri məlum deyil.

Baş Nazir Andrey Babis mətbuata verdiyi açıqlamalarda hadisənin “fərdi akt” olduğunu bildirib.

Hücum aktının səbəbkarının xəstəxanadan qaçması ilə yüzlərlə zabit onun ələ keçirilməsi əməliyyatına cəlb olunub. Daha sonra üzərində polis helikopterini gördükdən sonra o özünü maşında başından vuraraq qətlə yetirib.

Daxili İşlər Naziri Jan Hamasek bildirib ki, "bu dəhşətli aktın günahkarı ölüb".

Çex radiosunun məlumatına görə, şübhəlinin işlədiyi şirkətin rəhbəri onun yerli tikinti sahəsində texnik işlədiyini və səhhəti ilə əlaqədar məzuniyyətdə olduğunu bildirib.

Reuters bu məlumatı təsdiqləyə bilməyib. Polisin açıqlamasına görə, onlara səhər saat 7:19-da zəng edilib və 5 dəqiqə sonra polis hadisə yerində olub.

Xəstəxana direktoru Ciri Havrlant jurnalistlərə açıqlamasında 5 nəfərin hücum nəticəsində, birinin isə əməliyyat zamanı öldüyünü bildirib. Digər iki nəfər ağır yaralıdır, ancaq heç bir həkim zərər görməyib.

O, hadisə qurbanları olan dörd kişi və iki qadının yaxın məsafədən vurulduğunu deyib.

Xəbəri paylaş

VİDEOLAR