Çexiyada Rusiya səfirliyinin əməkdaşı saxlanılıb

Çexiyada Rusiya səfirliyinin əməkdaşı saxlanılıb

Heç bir ölkə rəsmiləri xəbəri təsdiq və ya təkzib etməyib

Rasthaber Ria agentliyinə istinadən bildirir ki,  Çexiyada Rusiya səfirliyinin əməkdaşı saxlanılıb.

İlk bu iddianı Çexiya radiosu yayıb.

Diplomatik dairə və xüsusi xidmət orqanlarının məlumatına istinad edən radio bildirir ki, iyun ayında Praqa yaxınlığındakı Rjiçanı şəhərində “polis 25 iyunda qeyri-qanuni şəkildə snayper tüfəngi üçün “Lapua” markalı güllə və digər döyüş sursatları alan zaman bir kişini tutub”.

Söhbətin Rusiyanın Çexiyadakı səfirliyinin hərbi şöbəsinin mülki əməkdaşından getdiyi deyilir. Həmin şəxs diplomatik pasport təqdim etdiyi üçün polis protokol tərtib etdikdən sonra onu sərbəst buraxıb. Bundan qısa bir müddət sonra o, Çexiyanı tərk edib. Əldə edilən döyüş sursatları müsadirə edilib.

Çexiya XİN başçısı Tomaş Petrşiçek bu məlumatı şərh etməkdən imtina edib.

“Mən məlum insidenti şərh edə bilmərəm, söhbət polisin işindən gedir, mən əminəm ki, ona işləməyə imkan vermək lazımdır”, – deyə o qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR