Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (Ak Parti) sözçüsü partiyasının qrup toplantısında Papanın Ayətullah Sİstanilə görüşünə münasibət bildirib
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (Ak Parti) sözçüsü Ömər Çelik partiyasının Mərkəzi Qərar İcra heyəti toplantısından sonra gündəmi dəyərləndirib.
Rasthaber Azərbaycan xəbər verir ki, o Ayətullah Sistani və Papa Fransiskin görüşülə bağlı da münasibət bildirib.
Münasibətində deyib: "Ayətullah Sistani Dini lider olmaqla yanaşı, böyük bir siyasi gücdür. Özü siyasətlə məşğul olmadığını bildirsə də, İraqdakı siyasətçilər tərəfindən diqqətə alınan təqlid mərcələrindəndir. Ayətullah Sistaninin İraqdakı azlıqların zülm görməməsi, Şiələr və Sünnilər arasında diaoloqun düzgün qurulması baxımından verdiyi mesajları son dərəcədə qiymətli olduğunu dəyərləndiririk. Eyni zamanda fərqli məzhəbçilik baxımından digər məzhəblərə qarşı şiddət-təzyiq edilməməsilə bağlı verdiyi açıqlamaların da dəyərli olduğunu düşünürük.”
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (Ak Parti) sözçüsü sonra deyib: “Təbii ki, dini liderlər arasında görüşlər həmişə yaxşıdır. Papa ilə Ayətullah Sistani arasında görüş, ümidarıq ki, müsbət tendensiyalar yaradacaq bir hadisədir."