Çavuşoğlu: Yerevan macəralardan qaçmalıdır

Çavuşoğlu: Yerevan macəralardan qaçmalıdır

Bu gün Cənubi Qafqazda uzunmüddətli sülh üçün real şans yaranıb.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Küresel Medya"ya müsahibəsində bildirib.

"Atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə Rusiya ilə birgə Qarabağ üzrə monitorinq mərkəzi yaradıb. Bu atəşkəs olduqca önəmlidir və qorunmalıdır. Bundan sonra erməni tərəfinin bu razılaşmalara əməl etməsini gözləyirik. Yerevan yenə macəralardan qaçmalı və rəsmi Bakının bir vaxtlar işğal olunmuş bütün torpaqları üzərində suverenliyinin tanınmasını nəzərə almaqla uzunmüddətli siyasi nizamlanmanın təmin olunması səylərini dəstəkləməlidir", - deyə Çavuşoğlu qeyd edib.

O vurğulayıb ki, əgər üçtərəfli bəyanat yerinə yetirilərsə və Azərbaycan - Ermənistan dialoqu baş tutarsa, bu şübhəsiz ki, Ankara və Yerevanın münasibətlərinə də müsbət təsir edəcək: "Regionda sabitlik erməni xalqı və Ermənistanın maraqlarına cavab verir. Biz regionu bütün ölkələrin vahid əməkdaşlıq zonası kimi görürük. Ona görə də Azərbaycanın regionda 6 tərəfli əməkdaşlıq platformasını dəstəkləyirik. Bu sülhə və regionun bütün sakinlərinin rifahına müsbət təsir edəcək.

Xəbəri paylaş

VİDEOLAR