Çavuşoğlu və Kurtulmuşdan Baydenin açıqlamasına reaksiya

Çavuşoğlu və Kurtulmuşdan Baydenin açıqlamasına reaksiya

Türkiyənin Xarici işlər naziri Baydenin "soyqırım" ifadəsinə etiraz edib

Rasthaber xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Baydenin 1915-cil hadisələri ilə əlaqədar "soyqırım" ifadəsini istifadə etməsinə sərt etiraz edib.

"Tariximiz barədə kimsədən dərs alası deyilik. Siyasi fürsətçilik əminamanlıq və ədalətə ən böyük xəyanətdir. Tək söykənəcəyi populizm olan bu ifadəni tamamilə rədd edirik, " - Mevlud Çavuşoğlu, öz Twitter paylaşımında deyib.

Hakim AKP partiyasının nümayəndəsi də ABŞ prezidentinin "soyqırım" bəyanatına sərt reaksiya verib.

Numan Kurtulmuş, Twitter-dəki paylaşımında, "Tarixi həqiqətlər siyasi gözləntilər naminə yalanlarla dəyişdirilə bilməz. Şanlı tariximizdə heç bir erməni soyqırımı yoxdur və əsla olmamışdı!"

Xəbəri paylaş

VİDEOLAR