Çavuşoğlu ölkələrin birlik və həmrəyliyinin, siyasi koordinasiyasının əhəmiyyətini qeyd edib.
Rasthaber Azərbaycan xəbər verir ki, region ölkələri, o cümlədən də Türkiyə, Ukrayna və onun sərhədləri yaxınlığındakı proseslərdən narahatdır.
Bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Polşa və Rumıniyadan olan həmkarları ilə keçirdiyi 3-tərəfli görüşdən sonrakı mətbuat konfransında bildirib.
“Son günlər biz ümidverici xəbərlər alırıq və dialoq və diplomatiyanın qələbəsinə ümid edirik”, – deyə o qeyd edib.
Çavuşoğlu ölkələrin birlik və həmrəyliyinin, siyasi koordinasiyasının əhəmiyyətini qeyd edib.
“Qara dəniz regionu – bizim ortaq evimizdir və biz gərginliyin artmasına yol verməmək üçün addımlar atmalıyıq”, – deyə Çavuşoğlu əlavə edib.