Çavuşoğlu: Türkiyə Talibanın bu vaxta kimi verdiyi mesajları müsbət qarşılayır

Çavuşoğlu: Türkiyə Talibanın bu vaxta kimi verdiyi mesajları müsbət qarşılayır

Türkiyənin xarici işlər naziri Çavuşoğlu həmkarı Eymen es-Safədinin dəvətinə görə səfərdə olduğu İordaniyada mətbuata verdiyi açıqlamada Əfqanıstandakı vəziyyətə münasibət bildirib.

Rasthaber Azərbaycan "TRT Haber"-ə istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu qeyd edib ki, Əfqanıstanla bağlı Taliban daxil olmaqla bütün tərəflərlə dialoqumuzu davam etdiririk. Taliban tərəfindən verilən mesajları alqışlayır və Türkiyə olaraq Əfqanıstanın iqtisadi inkişafına, sabitliyinə, sülhünə və əmin -amanlığına dəstək verməyə davam edəcəyik.

 Bölgədən təxliyələrin davam edəcəyini ifadə edən nazir Çavuşoğlu Türkiyənin təkcə öz vətəndaşlarının yox, başqa ölkələrin vətəndaşlarının da təxliyə edilməsinə kömək etdiyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR