Çavuşoğlu: Türkiyə istənilən vəziyyətdə Azərbaycanı dəstəkləməyə hazırdır

Çavuşoğlu: Türkiyə istənilən vəziyyətdə Azərbaycanı dəstəkləməyə hazırdır

Ankara istənilən vəziyyətdə həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycana dəstək olacaq.

Bu barədə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu İsveçli həmkarı Ann Kristin Linde ilə ortaq mətbuat konfransında bildirib.

Türk diplomatiyasının rəhbəri Cənubi Qafqazda atəşkəs çağırışları ilə yanaşı, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması üçün tələblərin səsləndirilməsinin vacib olduğunu vurğulayıb.

M.Çavuşoğlu yalnız bu halda beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək həqiqi arzusundan danışmaq mümkün olacağını deyib.

Xəbəri paylaş

VİDEOLAR