Çavuşoğlu NATO iclasında iştirak edəcək

Çavuşoğlu NATO iclasında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Az.rasthaber.com “Report”-a istinadən xəbər verir ki, toplantı noyabrın 30-dan dekabrın 1-dək Riqada keçiriləcək.

İclasda 2022-ci il NATO-nun Madriddə keçiriləcək Zirvə toplantısı ərəfəsində avroatlantik regionda baş verən son hadisələr, eləcə də NATO-nun gündəliyində duran məsələlər müzakirə olunacaq.

Mövlud Çavuşoğlu tədbir çərçivəsində həmkarları ilə bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Xəbəri paylaş

VİDEOLAR