Çavuşoğlu: Malinin anti-terror fəaliyyətlərinə Türkiyə çox yardım edib

Çavuşoğlu: Malinin anti-terror fəaliyyətlərinə Türkiyə çox yardım edib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Malidә sәfәrdәdir.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Malidә sәfәrdәdir.

Mövlud Çavuşoğlu sәfәri çәrçivәsindә burada Çadın keçmiş xarici işlәr naziri, BMT-nin Baş katibinin Mali üzrә xüsusi nümayandәsi vә BMT-nin İnteqrasiya Edilmiş Sabitlik Missiyasının rәhbәri Mahamat Saleh Annadiflә görüşüb.

Bu barәdә Mövlud Çavuşoğlu rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

Çavuşoğlu deyib: ‘‘Annadiflә Malidәki keçid prosesini müzakirә etdik. BMT-nin Malidәki missiyasına dәstәk vә töhfә vermәyә davam edәcәyik. Terrorla mübarizәdәki tәcrübәlәrimizi bölüşdük’’.

Mövlud Çavuşoğlu Malinin sabitliyinin vә  tәhlükәsizliyinin  Türkiyә üçün dә әhәmiyyәtli olduğunu vurğulayaraq ‘‘Türkiyә bu günәdәk olduğu kimi bundan sonra da qardaş Mali hökumәti vә xalqının yanında olmağa davam edәcәk’’.  

Jurnalistlәrin dә suallarını cavablandıran Mövlud Çavuşoğlu Malinin Türkiyә üçün dost vә qardaş ölkә olduğunu deyib.

‘‘Malinin sabitliyi vә tәhlükәsizliyi bizim üçün çox әhәmiyyәtlidir. Qәrbi Afrika üçün olduğu kimi bütün Afrika üçün dә әhәmiyyәtlidir’’,-deyә Mövlud Çavuşoğlu vurğulayıb.

Çavuşoğlu bildirib ki, bugünәdәk Malinin xüsusilә terrorla mübarizәsinә Türkiyәnin çox yardım etdiyini vә eyni şәkildә BMT-nin buradakı missiyasına vә Sael Qrupuna da dәstәk verildiyini ifadә edib.

Daha sonra Milli Şuranın üzvlәri ilә görüşәn nazir Çavuşoğlu Mali Dövlәt Radio vә Televiziyasına müsahibә verib.

Malinin Türkiyә üçün dost vә qardaş ölkә olduğunu vurğulayan Mövlud Çavuşoğlu çәtin günlәrdә hәr zaman bu ölkәnin vә qardaş Mali xalqının yanında olduqlarını qeyd edib.

Çavuşoğlu hәmçinin Türkiyәnin Malinin yeni növ koronavirus epidemiyasına qarşı apardığı mübarizәyә dәstәk vermәyә davam edәcәyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR