Çavuşoğlu Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə əlaqəli özünə ünvanlanan sualı cavablandırıb.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib:
“Aİ-yə namizəd ölkə statusundan imtina etməmişik. Bundan imtina edən Avropa İttifaqıdır. Alyans Monteneqro, Şimali Makedoniya və Albaniya kimi ölkələrlə üzvlük prosesinə dair danışıqları irəlilətmir. Çünki başda Fransa olmaqla 9 ölkə ittifaqın üzv sayının artmasını istəmir. Türkiyə ilə Aİ arasında 20 əsas başlıqda müzakirələr aparılıb. Baxmayaraq ki, yeni başlıqların müzakirəyə açımasına icazə verilmir. Avropa İttifaqından viza rejiminin ləğv edilməsi mövzusunda konkret addımlar atmasını dəfələrlə tələb etdik. Bununla əlaqəli lazımlı kriteriyaları yerinə yetiririk. Lakin onlar iclas keçirməyə belə son vaxtlarda yanaşmaya başladılar. Bəs Türkiyənin atdığı bütün addımlar göstərir ki, prosesi yavaşladan tərəf Aİ-dır”-deyə o qeyd edib.