Çavuşoğlu ABŞ-lı rəsmiyə cavab verdi: Cəhalət...

Çavuşoğlu ABŞ-lı rəsmiyə cavab verdi: Cəhalət...

ABŞ nümayəndələr palatasının spikeri Nensi Pelosi biabırçı və yolverilməz cəhalət nümayiş etdirir.

Rasthaber Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Pelosinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı fikirlərini şərh edərkən deyib.

Xatırladaq ki, bir müddət öncə Pelosi mətbuat konfransında demişdi ki, ABŞ prezidenti Donald Tramp Vladimir Putin, Kim Çen In və Rəcəb Tayyib Ərdoğana heyrandır. “Cənab prezident (Tramp), siz nə Şimali Koreyada, nə Türkiyədə, nə Rusiyada, nə də Səudiyyə Ərəbistanındasınız, (siz) demokratiyanın hakim olduğu ABŞ-dasınız”, – deyə Pelosi bildirmişdi.

“Pelosinin yolverilməz ədəbsizliyini nəzərə alaraq, onun Nümayəndələr Palatasının spikeri olması ABŞ demokratiyasına görə təşvişə səbəb olur. Siz (gec ya tez) Türkiyə xalqının iradəsinə hörmət etməyi öyrənəcəksiniz”, – deyə Çavuşoğlu “Twitter”-də yazıb.

Xəbəri paylaş

VİDEOLAR