CAR, Malayziya və Kolumbiya İsrail üçün silah daşıyan gəmilərin limanlarında olmasına qarşıdırlar

CAR, Malayziya və Kolumbiya İsrail üçün silah daşıyan gəmilərin limanlarında olmasına qarşıdırlar

Cənubi Afrika Respublikası, Malayziya və Kolumbiya liderləri bir jurnalda dərc etdikləri ortaq məqalədə İsrail üçün silah daşıyan gəmilərin limanlarında olmasının qarşısını alacaqlarını açıqlayıblar.

Az.rasthaber.com xəbər verir ki, Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa, Malayziyanın baş naziri Ənvər İbrahim və Kolumbiya prezidenti Qustavo Petro “Foreign Policy” jurnalındakı məqalələrində sionist rejimin beynəlxalq qanunları pozmaqda toxunulmazlığına son qoymağa çağırıblar.

Məqalədə deyilir: Seçim aydındır, ya biz beynəlxalq hüququn tətbiqi üçün birlikdə çalışacayıq, ya da onun dağılması riskini daşıyacayıq.

Xəbəri paylaş

VİDEOLAR