Cənubi Afrika Respublikası sionist İsrailin 7 oktyabrdan bəri Qəzzada törətdiyi hərəkətlərlə BMT-nin 1948-ci il Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasını pozduğunu əsas gətirərək Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb və müvəqqəti qərar verilməsini istəyib.
Az.rasthaber.com xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) etdiyi yazılı açıqlamada, Cənubi Afrikanın İsrailin Qəzza zolağında fələstinlilərə qarşı "Soyqırım Konvensiyası"ndan irəli gələn öhdəliklərini pozduğu əsası ilə müraciət etdiyi bildirilib.
Açıqlamada, Cənubi Afrikanın "7 oktyabr 2023-cü il tarixindən bu yana soyqırımın qarşısını ala bilmədiyi və soyqırıma yönəlik birbaşa və açıq təxribatları təqib etmədiyi" səbəbiylə İsrailə qarşı qadağa tələb etdiyi bildirilib.
Müraciətdə deyilir:
“İsrailin hərəkətləri və etdikləri soyqırımdır, çünki onlar konkret soyqırım niyyəti ilə törədilmişdir”. Bildirilib ki, həyata keçirilən aksiyalar “Qəzzada fələstinliləri məhv etmək” məqsədi daşıyır.
Bəyanatda deyilir:
"Cənubi Afrika “İsrail hökumətinin, dövlət rəsmilərinin və digər nümayəndələrin göstərişlərinə uyğun olaraq, onların nəzarəti və ya təsiri altında fəaliyyət göstərən digər şəxslər və təşkilatlar vasitəsilə Qəzzada fələstinlilərə qarşı hərəkətləri ilə Soyqırım Konvensiyasından irəli gələn öhdəliklərini pozur".