4.08.2021 12:32:17
Çanaqqalada meşə yanğını olub
Rasthaber Azərbaycan "Takvim"ə istinadən xəbər verir ki, Türkiyənin Çanaqqala şəhərinin Ezinə rayonuna bağlı Tavaklı kəndində meşə yanğını olub.
Dünən yerli vaxtla 21:30-da başlayan yanğın kənd əhalisi tərəfindən söndürülüb.
Yanğının səbəbləri hələ dəqiq bilinmir.
Lakin müvafiq qurumlar yanğının səbəblərinin araşdırılması zamanı "qəsdən yanğın törətmə" halını istisna etməyiblər.