Bəzi rəsmilər düşmənlərimizin sözlərini təkrarladılar

Bəzi rəsmilər düşmənlərimizin sözlərini təkrarladılar

"Seçkilər sözün əsl mənasında mühüm bir fürsətdir. Və xalqı ondan məyus etmək yanlışdır. Aldadıcı vədlər verilməməli və namizədlər öz platformalarını təqdim etməlidirlər. Zira seçkilər dövlətçiliyimizin təməllərini möhkəmlədir."

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bunu İslam İnqilabı lideri Ayətullah Xamenei deyib.

İnqilab liderinin sözlərinə görə, xalq səhnəyə gələrsə, heç bir güc ölkəni tərpədə bilməz. Seçkidə iştirak edən əslində ölkənin və gələcəyin taleyini düşünür. Bu səbəbdən kimsə seçkilərin əhəmiyyətini şübhə altına almamalıdır. 

"Bütün seçkilərimiz azad və ədalətli olub. Və cüzi pozuntuların nəticədə təsiri olmayıb. Əmanətə xəyanət heç bir seçkidə mütləq baş verməyib. Buna görə də yalan yerə ittiham etmək əxlaqiyyata ziddir, iğtişaş isə cinayətdir.", -deyə o əlavə edib.

 Ayətullah Xamenei qeyd edib  ki, bəzi sözlər ABŞ-ın iddialarının təkrarıdır. Məsələn amerikalılar çoxdandır İranın nüfuzundan xeyli narahatdırlar. Şəhid Süleymanidən buna görə şikayətlənirdilər. Və bu səbəbdən də onu şəhid etdilər. Qüds briqadası və Şəhid Süleymani haqda danışarkən diqqətli olsunlar. Qüds briqadası insafən Qərbi Asiyada diplomatiyamızın aktivliyinə öz töhfəsini vermişdir.

İnqilab Rəhbəri daha sonra Qüds briqadasının keçmiş komandiri Şəhid Süleymaninin terror edilməsinə toxunaraq söyləyib: "Onu təhdid etmişdilər ki, səni qətlə yetirəcəyik. O da dostlarına demişdi ki, məni dağlarda-düzlərdə axtardığım şeylə hədələyirlər. Belə fədakar insanlarımız var."

İnqilab Rəhbəri ölkənin hazırkı xarici siyasətinin etibarlı qurulmasına toxunaraq bildirib: "Qərblilər İranın siyasətini öz çətirləri altına aparmaq istəyirlər. Qacarların sonlarında və Pəhləvi dönəmində İranın siyasətinə onlar nəzarət edirdilər. İslam inqilabı bu vəziyyəti dəyişdi və indi bu prosesi dəyişməyə çalışırlar. İranın Çin və Rusiya ilə əlaqələrinə xor baxmaları da bundan mənşə alır."

 

Xəbəri paylaş

VİDEOLAR