Bütpərəst ölkəsində bütün məktəblərdə hicaba icazə verildi

Bütpərəst ölkəsində bütün məktəblərdə hicaba icazə verildi

Tailandda müsəlman şagirdlərin valideynləri Yala əyalətindəki məktəbə qarşı rezonanslı məhkəmə prosesində qalib gəliblər.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, sözügedən təhsil müəssisəsi qız şagirdlərə məktəbdə hicab taxmağı qadağan edib. Şagirdlər buna etiraz olaraq dərslərdə iştirakdan imtina ediblər, onların valideynləri isə məhkəməyə müraciət ediblər.

Proses 4 il davam edib, lakin, valideynlərdən birinin sözlərinə görə, illərdir davam edən cəhdlər və çəkilən zəhmətlər hədər olmayaraq öz bəhrəsini verib – artıq Tailandda dini əlamətinə görə şagirdlərə qarşı diskriminasiya qadağandır.

Məhkəmənin qərarına əsasən, artıq ölkədəki heç bir məktəb şagirdlərə dini atributlardan istifadəni qadağan edə bilməyəcək.

Qeyd edək ki, ölkənin təxminən 94-94,6 faizini buddistlər, təxminən 4-4,6 faizini isə müsəlmanlar təşkil edir.

Xəbəri paylaş

VİDEOLAR