Burundi prezidenti dünyasını dəyişdi

Burundi prezidenti dünyasını dəyişdi

Burundi prezidenti Pyer Nkurunzizanın ürək tutmasından dünyasını dəyişdiyi bildirilib.

Rasthaber Azərbaycan TRT-yə istinadən bildirir ki, hökumətin məlumatına əsasən, 55 yaşındakı dövləşt başçısı iyunun 7-də gecə özünü pis hiss edib, bundan sonra onu xəstəxanaya yerləşdiriblər.

Nəticədə Nkurunzizanın səhhəti yaxşılaşıb, amma artıq iyunun 8-də onun səhhəti kəskin pisləşib.

Həkimlər bir neçə saat ərzində prezidentin həyatı uğrunda mübarizə aparıblar, amma onu xilas etmək mümkün olmayıb.

Prezident Nkurunziza 2005-ci ildən bəri prezidentlik postunu tuturdu. O,  prezidentliyi avqustun 20-də may ayında keçirilən seçkinin qalibi, yaxın dostu və partiyanın namizədi olan general Evarise Ndayishimiye təhvil verməyə hazırlaşırdı.

Xəbəri paylaş

VİDEOLAR