Burkina Fasoda 2 terror aktı nəticəsində 10 nəfər ölüb

Burkina Fasoda 2 terror aktı nəticəsində 10 nəfər ölüb

Burkina-Fasonun qərbində iki terror aktı nəticəsində azı 10 nəfər həlak olub.

Az.rasthaber.com xəbər verir ki, Yerli KİV-in məlumatına görə, naməlum silahlı şəxslər Boucle du Mouhoun bölgəsindəki Kossi şəhərinə hücum ediblər. Hadisə nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb.

Həmin gün Fil Dişi Sahili ilə sərhəddə yerləşən Tondura qəsəbəsində terrorçuların həyata keçirdikləri hücumda 4 nəfərin həyatını itirdiyi, maddi ziyanın olduğu qeyd edilib.

2015-ci ildə Burkina Fasoda baş verən təhlükəsizlik böhranı nəticəsində 2 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumətin məlumatına görə, bu insanların yalnız 120.000-i evlərinə qayıda bildi.

Baş nazir Apollinaire Joachimson Kyelem de Tambela may ayında etdiyi çıxışda ölkə ərazisinin 65 faizinin dövlətin nəzarəti altında olduğunu bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR