Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb
Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ “Patriot” komplekslərini Ankaraya verməkdən imtian etdiyinə görə Türkiyə Rusiyadan S-400 HHM sistemlərini almaq qərarını qəbul edib.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan deyib ki, əgər ABŞ “Patriot”-u satsa idi, o, “S-400-ü almaq məcburiyyətində qalmazdı”.
Rusiya istehsalı zenit-raket komplekslərinin (ZRK) alışının ABŞ-la münasibətlərə təsiri barədə danışan Türkiyə prezidenti deyib ki, “bu, ona dəyərdi”.
“Biz öz müdafiəmizi lazım bildiyimiz kimi möhkəmlədirik”, – deyə o qeyd edib.