Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında BRİKS sammiti zamanı Rusiya prezidenti Vladimir Putinin həbs edilməsi Rusiyaya qarşı müharibənin elan edilməsinə bərabərdir.
Az.rasthaber.com RT-a istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının (CAR) prezidenti Siril Ramaposa bəyan edib.
“Prezident Putinin həbsi yolu ilə Rusiyaya müharibə elan etmək hakimiyyətə təqdim edilmiş səlahiyyətlərin ağılsızcasına, qeyri-konstitusion şəkildə və qeyri-qanuni icrası olardı“, – deyə o qeyd edib.
Xatırladaq ki, avqust ayında CAR-da BRİKS-in sammiti baş tutacaq.
Bunun fonunda isə BCM 17 martda Putinin həbsinə verdiyi order məsələsi yenidən gündəmə gəlib.
Rusiya XİN rəsmisi Sergey Ryabkov deyib ki, rəsmi Moskva avqustdakı BRİKS sammiti zamanı CAR-ın prezident Putini hüquqi immunitetlə təmi edəcəyinə əsaslanaraq hərəkət edir.