İnquşetiyanın alimlər şurası məscid imamlarının iştirakı ilə keçirilən toplantıda narkotiklərin yayılmasında iştirak edən şəxslərin dini icmalardan xaric olunması barədə qərar qəbul edib.
Rasthaber Azərbaycan “İnterfaks”a istinadla xəbər verir ki, bu o deməkdir ki, artıq din xadimləri və yaşayış məntəqələrinin imamları narkotik tacirlərinin və onların yaxın qohumlarının evlərində təşkil edilən toy, dəfn və digər ailə hadisələrinə qatılmayacaqlar. Bunu İnquşetiyanın müftisi İsa Xamxoyev deyib.
Region ilahiyyatçılarının belə sərt addım atmasına səbəb isə yerli gənclər arasında narkotik maddələrin qəbuluna dair üzücü statistika olub. Hazırda İnquşetiyada narkoloji qeydiyyatda 1,6 min nəfər var. Ötən il ilə müqayisədə narkotik maddə aludəçilərin sayı 49 nəfər artıb. Onların böyük hissəsi 35 yaşına qədər olan şəxslərdi.