Yeni yaranan şişlər beynin bölgələrinə təsir göstərir və bununla əlaqəli orqanların işini pozur.
ABŞ-ın Mayo klinikasının mütəxəssisləri beynin bədxassəli şiş xəstəliyinin əsas simptomplarını müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, xəstəliyin əsas əlaməti xroniki baş ağrısıdır.
Bundan əlavə, beyin xərçəngi zamanı ürək bulanması və qusma tez-tez baş verir. Bunu da çox zaman mədə problemi, görmə və eşitmə qabiliyyəti ilə əlaqələndirirlər. Və eyni zamanda insanın gündəlik fəaliyyətlərinin öhdəsindən gəlməsi çətinləşibsə narahat olmağa dəyər.
Alimlərin fikrincə, əlamətlər şişin ölçüsü, yerləşdiyi bölgə və inkişaf sürətindən asılıdır.
Belə ki, əgər şiş danışma mərkəzinin yaxınlığındadırsa, danışma zamanı ilə pisləşir. Başqa halda isə xəstə əzalarının həssaslığından və koordinasiyanı itirməsindən şikayətlənir.
Beyin xərçəngi ehtimalı hiss edən kimi həkimə müraciət etmək lazımdır. Çünki xəstəlik inkişaf etdikcə, yaxşı nəticə əldə etmək şansı azalır.
Beyin şişlərinin bir neçə növü var: astrositoma, neyoblastoma, glioblastoma, adenoma. Bundan başqa xoşxassəli şişlərə də rast gəlinir. Lakin onlar da müalicə tələb edirlər.
Yeni yaranan şişlər beynin bölgələrinə təsir göstərir və bununla əlaqəli orqanların işini pozur.