Bu, keçən baharın təkrarlanmasının qarşısını almaq üçün son şansımız ola bilər

Bu, keçən baharın təkrarlanmasının qarşısını almaq üçün son şansımız ola bilər

Avropa Birliyinin Sağlamlıq və Ərzaq Məmulatlarının Təhlükəsizliyi üzrə komissarı Stella Kiriyiakides bildirib.

Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, Avropa Birliyinin səhiyyə rəsmiləri cümə axşamı birliyin üzvlərini bu ilin əvvəlində olduğu kimi geniş kilidlənmələrə səbəb olmasın deyə, koronavirusun yayılmasının qarşısını almaq və potensial artımı dayandırmaq üçün qətiyyətli tədbirlər görməyə çağırıb.

“Həlledici məqamdayıq. Bütün üzv dövlətlər potensial yeni dalğanın ilk əlamətində dərhal və vaxtında nəzarət tədbirlərini həyata keçirməyə hazır olmalıdır. Bu, keçən baharın təkrarlanmasının qarşısını almaq üçün son şansımız ola bilər" - deyə, Sağlamlıq və Ərzaq Məmulatlarının Təhlükəsizliyi üzrə komissarı Stella Kiriyiakides bildirib.

Avropanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin bildirdiyinə görə, pandemiya başlayandan bəri Avropa Birliyi ölkələri və Britaniyada 3 milyondan çox yoluxma halı qeydə alınıb.

Kiriyiakides bəzi Avropa Birliyi ölkələrində yeni yoluxma hallarının mart ayında, pandemiya zirvədə olduğu vaxtdan daha çox olacağının gözləndiyini deyib. "Bu, böhranın sona çatmadığı deməkdir" deyə, o bildirib.

Hollandiyanın səhiyyə rəsmiləri cümə axşamı yeni yoluxmaların sayının bir gündə 2544-ə çatdığını və bunun rekord göstərici olduğunu deyib.

Polşanın Səhiyyə Nazirliyi də gündəlik yoluxma hallarında rekord artım olduğunu bildirib və bunu məhdudiyyətlərin qaldırılmasından sonra insanların daha çox bir araya gəlməsi ilə əlaqələndirib.

Fransanın Səhiyyə Nazirliyi cümə axşamı koronavirus səbəbilə reanimasiya şöbələrinə yerləşdirilən xəstələrin sayının iyunun əvvəllərindən bəri ilk dəfə 1000-i keçdiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR