Bu gün Xanım Fatimeyi Məsumənin (ə) mövlud günüdür

Bu gün Xanım Fatimeyi Məsumənin (ə) mövlud günüdür

Həzrət Xanım Məsumə (ə) hicri 173-cü il (miladi 795-ci il), Zilqədə ayının 1-də Mədinə şəhərində dünyaya göz açıb.

Rasthaber Azərbaycan xəbər verir ki, bu gün Həzrəti Məsumənin (ə) doğum günüdür. O, müsəlmanların yeddinci imamı İmam Musa Kazımın (ə) qızıdır.

Həzrət Xanım Məsumə (ə) hicri 173-cü il (miladi 795-ci il), Zilqədə ayının 1-də Mədinə şəhərində dünyaya göz açıb.

Günahsız və məsum olduğu üçün ona Məsumə ləqəbi verilib. Əsl adı isə Fatimədir.

Xanım Məsumə səkkizinci imam Həzrət İmam Rzanın (ə) bacısıdır. Atası İmam Museyi-Kazım şəhid edildikdən sonra o, uşaq yaşlarından qardaşı İmam Rzanın (ə) himayəsində olub.

Həzrəti Məsumənin məzarı və ziyarətgahı İranın Qum şəhərində yerləşir.

Xəbəri paylaş

VİDEOLAR