Bu gün Ərəfə Günüdür - Əməllər

Bu gün Ərəfə Günüdür - Əməllər

Zilhiccənin 9-u – Ərəfə günü əzəmətli bayramlardandır.

Baxmayaraq ki, bayram adlandırılmamışdır. Ərəfə bir gündür ki, Allah-Təala bəndələrini ibadət və itaətə çağırır və öz ehsan və bərəkət süfrələrini onlar üçün açır. Şeytan bu gündə daha zəlil, daha alçaq və qovulmuşdur və hər zaman olduğundan daha qəzəbli olur.

Həcc əməllərindən biri də Zil-hiccə ayının doqquzuncu günü (Qurban bayramından bir gün əvvəl) “Ərəfat” və 10-cu gecəsi “Məşər” adlı yerlərin ziyarətidir. Bu səbəbdən də həmin günə “Ərəfə” (“tanımaq”) deyilir. Həmin günün fəziləti barədə hədislərdə çoxlu məlumat var. Qədr gecəsində bağışlana bilməyənlər məhz Ərəfə günü bağışlanmaq imkanı qazanırlar. Bu gün oruc tutmaq və İmam Hüseynin (ə) “Ərəfə” duasını oxumaq böyük savabdır.

Müqəddəs Kəbə evini təvaf etdikdən sonra zəvvarlar Ərəfat çölünə yola düşürlər. Ərəfat – Məkkədən 25 km uzaqlıqda yerləşən Cəbəl ər-Rəhmə (“Rəhmət dağı”) adlı dağın döşündə düz və yastı səhradır.

Bu günün məxsus əməlləri vardır ki, diqqətinizə çatdırırıq:
1.Qusl.
2.Bu gün imam Hüseyn(ə)-ı ziyarət etmək (Aşura ziyarəti ilə olsa belə).
3.Əsr namazından sonra açıq səma altında 2 rükət namaz qılmaq. Birinci rükətdə “Həmd”-dən sonra “İxlas”, ikinci rükətdə “Həmd”-dən sonra “Kafirun” surəsi oxunur.
4.Oruc tutmaq (onun zəifləməsinə və dua oxumayacağına səbəb olmayacaqsa).
5.Peyğəmbərin təsbehi: “Subhanəlləzi fissəmai ərşuh, subhanəlləzi fil ərzi hukmuh, subhanəlləzi fil quburi qəzauh, subhanəlləzi fil bəhri səbiluh, Subhanəlləzi finnari sultanuh, Subhanəlləzi fil cənnəti rəhmətuh, Subhanəlləzi fil qiyməti ədluh, Subhanəlləzi rəfə əssəma, Subhanəlləzi bəsətəl ərzə, Subhanəlləzi la məlcə ə və la məcə ə minhu illa iləyh. Subhanəl lahi vəl həmdu lilləhi və la ilahə illəllahu vəllahu əkbər.”
6.İmam Sadiq (ə)-dan zikr olunan salavat: “Allahummə inni əs əlukə ya mən huvə əqrəbu iləyyə min həblil vərid ya mən yəhulu bəynəl mər i və qəlbih, ya mən huvə bil mənzəril əla və bil ufuqil mubin. Ya mən huvər rəhmanu ələl ərşistəva ya mən ləysə kəmislihi şəyun və huvəs səmiul bəsir. Əs əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd.”
7. “Ummu-Davud” duasını oxumaq (Dua kitablarında qeyd olunub)
8.İmam Hüseyn (ə)-ın “Ərəfə” günündə oxuduğu dua.
9. “Ərəfə” gününün sonunda bu duanı oxumaq: “Ya rəbbi, innə zunubi la təzurruk, və innə məğfirətik li la tənqusuk, fə ətini ma la yənqusuk, vəğfirli ma la yəzurruk.”, “Allahummə la təhrimni xəyrə ma indəkə lişərrin ma indi fə əntə ləm tərhəmni bi tə əbi və nəsəbi fəla təhrimni əcrəl məsaibi əla musibətih.”

Xəbəri paylaş

VİDEOLAR