Bu gün Ərbəindir - ƏMƏLLƏR

Bu gün Ərbəindir - ƏMƏLLƏR

Səfər ayının 20-i “Ərbəin” günüdür.

Rasthaber Azərbaycan xəbər verir ki,  İmam Hüseynin (ə) və səhabələrinin şəhadətinin 40-cı günü olaraq qeyd edilir. Kərbəla şəhidlərinin məzarını ziyarət etmiş ilk şəxs Cabir ibn Abdullah sayılır. Bu ziyarət Kərbəla hadisəsindən 40 gün sonra – Ərbəin günündə baş verib. Ziyarətdə Şamdan Mədinəyə qayıdan əsirlər karvanının üzvləri də iştirak edib.

Rəvayətlərə görə, ümumiyyətlə İmam Hüseyni (ə) ziyarət etməyin böyük savabı var.

Hər il bu yürüş “eşq səfəri”  adlandırılaraq Nəcəf və digər şəhərlərdən baş tutur.

Ərbəin mərasimi İmam Hüseyn (ə) tərəfdarlarının görüş yeridir.

Bu günlərdə insanlar zəvvarlara xidməti böyük savab bilirlər.

Şeyx Tusi (rə) özünün Təhzib və Misbah adlı kitablarında rəvayət edir ki, İmam Həsən Əsgəri (ə) buyurmuşdur – “Möminin beş əlaməti vardır:

1. hər gün əlli bir rükət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq;

2. sağ ələ üzük taxmaq;

3. səcdədə alını torpağa qoyub, ucadan “Bisillahir-Rəhmanir-Rəhim” demək;

4. “ərbəin” günü imam Hüseyni (ə) ziyarət etmək;

5. “ərbəin” gününə məxsus ziyarətnaməni oxumaq.

İmam Hüseynin (ə) Ərbəini qiyamətə qədər davam edəcək bir mərasimdir. İmam Hüseynin (ə) məqsədləri peyğəmbərin məqsədlərindən fərqlənmir. Həzrət Əli (ə) buyurur ki, Allah peyğəmbərin əli ilə xalqı cəhalətdən və azğınlıqdan qurtardı. İlahi rəhbərlər cəmiyyətə sağlam düşüncə və mənəviyyat gətirirlər. Məsumlar buyururlar ki, insanların ən çox bağışlayanı peyğəmbər olub. Peyğəmbər mənəvi süfrə açıb, bəşəriyyəti bu süfrəyə çağırıb. İmam Hüseyn (ə) də eynən peyğəmbər kimi hərəkət edib. Seyidüşşühəda (ə) ilahi peyğəmbərlər sayağı öndə gedib və xalqı arxasınca çağırıb.

İmam zil-hiccənin 8-ci günü Kəbə zəvvarları arasında buyurdu: “Bu gün bizim qurbangahımız Kərbəla torpağı, ehram libasımız kəfənimizdir. İslamın nicatı üçün canımızı verməliyik. Yalnız Qurbanlığa hazır olanlar mənimlə gəlsin. Mənimlə gedənlərin vətəni liqaullahdır. Zahiri qələbə sorağında olanlar mənə qoşulmasın”. Bu sözlərdən sonra İmama qoşulanları insnaların üstünü saymamaq olmaz.

Digər mənbələrdə bu əməlləri etmək də savabdır:

Ərbəin gününün əməlləri:

1. Aşura ziyarətnaməsini oxumaq.
2. Ərbəin qüslu və zöhr namazından əvvəl tövbə etmək.
3. Sübh namazından sonra 100 dəfə “La hövla və la quvvətə illa billahil əliyyul əzim” zikrini demək.
4. 70 dəfə “təsbihati-ərbəə” demək.
5. Zöhr namazından sonra Əsr surəsini oxumaq və 70 dəfə istiğfar zikri.
6. Qürub vaxtı 40 dəfə “Lə ilahə İllallah” demək.
7. İşa namazından sonra Yasin surəsini oxuyub Seyyiduş-Şühədaya hədiyyə etmək.

 

 
 

 

 

Xəbəri paylaş

VİDEOLAR