İsrail qüvvələrinin səhər saatlarında basqın etdiyi Məscidül-Əqsada Ramazan ayının ikinci həftəsində 60 min insanın cümə namazı qıldığı bildirilib.
Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, bu barədə Qüds İslam Vəqfləri İdarəsindən yazılı açıqlama verilib.
Açıqlamada Ramazan ayının ikinci cümə günü Məscidül-Əqsada cümə namazını 60 min nəfərin qıldığı bildirilib.
Sionist rejim qüvvələri Məscidül-Əqsanın yerləşdiyi Şərqi Qüdsün Köhnə şəhəri və ətrafında geniş təhlükəsizlik tədbirləri görüb.
Bu çərçivədə köhnə şəhər ətrafındakı yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. İşğalçı İsrail rejiminin təhlükəsizlik qüvvələrinin helikopterləri də bölgədə uçuşlar həyata keçirib.