Bu dəfə fərqli oldu: İsveçrə seçiciləri niqabın əleyhinə səs verməməyə çağırır

Bu dəfə fərqli oldu: İsveçrə seçiciləri niqabın əleyhinə səs verməməyə çağırır

İsveçrə hökuməti seçicilərə müraciət edərək martın 7-də keçiriləcək referendumda ölkədə niqab və parancaya qadağa qoyulmasının əleyhinə səs verməyə çağırıb.

Rasthaber Azərbaycan Haberler-ə istinadla xəbər verir ki, hakim dairələr belə bir qanunun qəbul ediləcəyi təqdirdə ölkənin turizm sektoruna ciddi zərbə vurulacağından ehtiyatlanır. Bildirilir, İsveçrədə yaşayan çox az qadın niqabdan istifadə edir. Belə geyimə əssən müsəlman ölkələrindən gələn turistlər üstünlük verirlər.

İsveçrə qanunlarına əsasən, 100 min imza toplayan Konstitusiyanın dəyişdirilməsinə dair istənilən təklif ümummilli referenduma çıxarılır.

Xatırladaq ki, 2009-cu ildə İsveçrə əhalisi ölkədə yeni minarələrin inşasına qadağa qoyulmasına səs vermişdi.

Xəbəri paylaş

VİDEOLAR