Yəmənin "Ənsarullah" hərəkatının mətbuat katibi Məhəmməd Əbddüsəlam deyib
Rasthaber Azərbaycan "eastnews"a istinadən verdiyi xəbərə görə, Yəmənin "Ənsarullah" hərəkatının mətbuat katibi Məhəmməd Əbddüsəlam ölkədə baş verən müharibə ilə bağlı danışıb. Məhəmməd Əbddüsəlam açıqlamasında vurğulayıb ki, Yəmən müharibəsini başlatmaq əmrini vaxtilə ABŞ və Böyük Britaniya hökumətləri veriblər. Yəmənin "Ənsarullah" hərəkatının mətbuat katibi Məhəmməd Əbddüsəlam
"Onların silahları ilə işğalçılar Yəməndə onlarla insanı öldürdülər. Bu cinayətlər göstərir ki, əslində qarşı tərəf sülh istəmir", - deyə Məhəmməd Əbddüsəlam diqqətə çatdırıb.
O qeyd edib ki, Yəmən xalqı istənilən halda və həmişə sülhə hazırdır.