"Bu ayda sizlər Allah qonaqlığına dəvət olunub kəramət əhlinə çevrilmisiniz".
Peyğəmbər (s) Ramazan ayının həqiqəti üzərindən pərdəni götürərək buyurur: "Bu ayda sizlər Allah qonaqlığına dəvət olunub kəramət əhlinə çevrilmisiniz".
Bu sizin kəramətinizin əlamətidir ki, Allah sizi qonaqlığa dəvət etmişdir. Əgər ev sahibi səni özü dəvət edibsə, sənə dəyər vermişdir və sənə qarşı məhəbbəti vardır.
Bu qonaqlıqda gərək özünü tapasan. Ona görə də Peyğəmbər (s) buyurur: "Bu ayda pak niyyət və pak qəlblərlə Allahdan istəyin. Sizə oruc tutmaq və Kitabını oxumaq üçün tövfiq versin. Bədbəxt insan o kəsdir ki, bu ayda özünü Allaha bağışlatdıra bilməyə" ("Əl-əmali", Səduq, Əl-nəss, səh. 93.)
Ustad Furugi
islamazeri.com