Rusiya Müdafiə Nazirliyi Britaniyanın “RC-135” kəşfiyyat təyyarəsinin Rusiya sərhədini pozduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, Barents dənizi üzərində Rusiya müdafiə sistemləri tərəfindən hədəfin aşkar edildiyi bildirilib.
Bunun üçün Rusiyanın "Miq-31BM" döyüş təyyarəsinin havaya qalxdığı qeyd edilən açıqlamada bildirilib:
"Sözügedən hədəfin İngiltərə Hərbi Hava Qüvvələrinə məxsus 'RC-135' elektron kəşfiyyat və döyüş təyyarəsi olduğu müəyyən edilib.
Bu təyyarə Svyatoy Nos burun bölgəsində Rusiya Federasiyasının dövlət sərhədini pozub".
Açıqlamada Britaniya təyyarəsinin Rusiya torpaqlarını tərk etməyə məcbur edildiyi bildirilib.