Britaniyadan utancverici addım: HƏMAS terror təşkilatı elan ediləcək

Britaniyadan utancverici addım: HƏMAS terror təşkilatı elan ediləcək

Böyük Britaniya rəhbərliyi KİV-lərdə rəsmi Londonun HƏMAS hərəkatının siyasi qanadını terror təşkilatları siyahısına daxil edəcəyinə dair yayılan məlumatları təsdiq edib.

HƏMAS terror təşkilatları siyahısına daxil ediləcək”, - deyə Birləşmiş Krallığın XİN başçısı Elizabet Trass bildirib.

Az.rasthaber.com “The Daily Telegrap”-a istinadən xəbər verir ki, məlumata görə, krallıq ərazisində bu və ya digər formada İslami Müqavimət Hərəkatını (HƏMAS) dəstəkləyən şəxslər isə 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

İsrail rejiminin baş naziri Naftali Bennet bu xəbərlərə reaksiya verərək sözügedən addımı müsbət qarşıladığını deyib.

Xatırladaq ki, HƏMAS-ın hərbi qolu 2001-ci ildən ölkədə terror təşkilatı kimi tanınır. Siyasi qanadın da terror təşkilatı elan edilməsini fikrini isə krallığın daxili işlər naziri Priti Patel deputatlar üçün təklif edəcək.

Qeyd edək ki, adıçəkilən təşkilatı məzlum Fələstin xalqının müdafiəsi ilə məşğuldur.

Xəbəri paylaş

VİDEOLAR