Britaniyada hicablı qızı məktəbdən uzaqlaşdırdılar - SƏBƏB

Britaniyada hicablı qızı məktəbdən uzaqlaşdırdılar - SƏBƏB

Böyük Britaniyada gənc müsəlman qızı ətəyinin uzun olması səbəbi ilə dərslərdən kənarlaşdırıblar.

Rasthaber Azərbaycan “The Guardian”a istinadla verdiyi xəbərə görə, 12 yaşlı Siham Hamud dekabrın əvvəllərindən hər gün Londonun qərb bölgəsindəki məktəbə gəlsə də, onu hər dəfə qapıdan geri qaytarıblar. Müəllimlər ondan məktəbə daha qısa ətəklə gəlməsini tələb ediblər.

Eyni zamanda qızın valideynlərini övladları dərsləri üzürsüz buraxdığı üçün məhkəmə və cərimə gözləyir. Sihamın atası bildirib ki, onun digər iki qızı – 17 yaşlı İlham və 19 yaşlı Sümayə heç bir problemlə üzləşmədən əvvəllər məktəbə uzun ətəkdə gediblər.

Məktəbin direktoru Naycel Klemens baş verənləri şərh etməkdən boyun qaçırıb.

Xəbəri paylaş

VİDEOLAR