Britaniya səhiyyə naziri Matt Hankok bildirib
Rasthaber Azərbaycan VOA-ya istinadən xəbər verir ki, Britaniya səhiyyə naziri Matt Hankok bazar ertəsi ölkənin cənubunda COVID-19-un yeni bir variantının tapıldığını bildirib. O, bu tapıntının bölgədəki yoluxma səviyyəsinin ölkənin digər bölgələrindən daha sürətli artdığını izah edə biləcəyini söyləyib.
Parlamentə danışan Hankok virusun bu növünün ölkənin əsasən cənubunda, ümumilikdə təxminən 60 fərqli bölgədə mindən çox yoluxma halında təsbit edildiyini bildirib. Çıxışında o, bənzər variantların digər ölkələrdə də müəyyən edildiyini və İngiltərə hökumətinin Ümumdünya Səhiyyə Təşkilatını xəbərdar etdiyini deyib.
Bundan sonra dərhal ölkənin səhiyyə naziri bu yeni versiyanın daha öldürücü və ya Pfizer-BioNTech peyvəndinə qarşı davamlı olacağını idda edəcək bir sübutun olmadığını açıqlayıb.
Lakin insanların sayıq olmalarını və virusun yayılmadığından əmin olmaq üçün COVID-19 qaydalarına riayət etmələrinin daha vacib olduğunu deyib.
Hankok həmçinin Londona və yeni yoluxmaların "hədsiz dərəcədə" artdığı yaxın ətrafa tətbiq olunan COVID-19 məhdudiyyətlərini tətbiq edərkən bu barədə açıqlama verib.
O, qapanmaları nəzərdə tutaraq bildirib ki, London "Yüksək fövqaladə vəziyyətin üçüncü fazası"-na keçir.
Bu məhdudiyyətlər insanlar yalnız evlərindən kənarda yaşayan dostlarını və ailələrini açıq yerlərdə, "altılıq qaydalarına uyğun olaraq" görə bilərlər. Bu isə o dəməkdir ki, qruplar maksimum altı nəfər və ya daha az olmalıdır.
Hankok restoranların və iaşə müəssisələrinin yalnız çatdırılma xidməti üçün açıq ola biləcəyini bilıdirərək, sakinlərə yaxın ərazilərindən kənarda lazımsız səyahətlərdən çəkinmələrini tövsiyə edib.