Britaniya Yəmənə gedən İran raketləri yükünü müsadirə etdiyini bildirib

Britaniya Yəmənə gedən İran raketləri yükünü müsadirə etdiyini bildirib

Britaniya Ordusunun Dəniz Qüvvələri cari ilin əvvəlində Oman Körfəzində içində İran istehsalı silahlar olan gəmini saxladığı və onları müsadirə etdiyini bildirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Britaniya hökuməti mənbələri məlumat veriblər.

Bildirilib ki, cari ilin əvvəlində Oman Körfəzində Yəmənə gedən silah yükü saxlanılıb və müsadirə edilib. Əlavə edilib ki, onların arasında İran istehsalı olan raketlər olub.

Mənbə əlavə edib ki, bu silahların aşkarlanması İranın üsyançı husiləri dəstəkləməsini göstərir.

Qeyd edək ki, Britaniya tərəfinin bu məlumatı İran tərəfinin ötən gün britaniyalı diplomatlarla bağlı verdiyi bəyanatından sonra verilib. İran Kəşfiyyatı bildirib ki, Britaniyanın Tehrandakı səfirinin müavini də daxil olmaqla bir sıra avropalı diplomatlar ölkə səhrasında qadağan edilən ərazilərə gedərək oradan eksprement üçün torpaqdan nümunələr götürüb və onları ölkədən çıxarmaq istəyərkən saxlanılıblar. İran tərəfi bu diplomatların izlənilməsi ilə bağlı video yayımlayıb və artıq onların bir qisminin cari ilin əvvəlində ölkədən çıxarıldığını deyib.

Xəbəri paylaş

VİDEOLAR