Britaniya bazar ertəsi Suriyaya qarşı sanksiyalar tətbiq edib.
Böyük Britaniya bazar ertəsi Suriyaya qarşı sanksiyalar tətbiq edib.
Rasthaber xəbər verir ki, hökümət rəsmilərinin aktivlərinin dondurulması və səyahət qadağası da daxil olmaqla, Bəşər Əsəd hakimiyyətinə qarşı yeni sanksiyalar tətbiq olunub.
Bu açıqlama Suriya qiyamının 10-cu ildönümündə verilib. Sanksiyalar tətbiq olunan altı şəxs arasında Suriyanın Xarici İşlər Naziri Feysəl Miqdad, prezidentin müşaviri Luna Əl-Şibl və Britaniyanın mülki şəxslərə qarşı zorakılıqlara görə məsuliyyət daşıdığını dediyi iki hərbi general var.
Xarici İşlər Nazirliyinin bəyanatında 2 tanınmış iş adamına qarşı da sanksiyalar tətbiq edilib.