Britaniya özünütəcrid edənlərə 230 manata yaxın dəstək verəcək

Britaniya özünütəcrid edənlərə 230 manata yaxın dəstək verəcək

Hazırda krallıqda istənilən COVID-19 simptomu aşkar edilmiş hər kəs testdən keçməli və 10-14 gün müddətinə özünü təcrid etməlidir.

Rasthaber Azərbaycan xəbər verir ki,  Böyük Britaniya hökuməti koronavirusun səbəb olduğu özünütəcrid dövründə evdən işləyə bilməyəcək yoxsul sakinlərə 130 funt sterlinq (təxminən 295 AZN) ödəyəcək.

Hazırda krallıqda istənilən COVID-19 simptomu aşkar edilmiş hər kəs testdən keçməli və 10-14 gün müddətinə özünü təcrid etməlidir.

“Bu gün biz yeni proqramımıza start veririk – özünütəcridə görə ödəniş edəcəyik. Biz koronavirusun yüksək yayıldığı bölgələrdə özünü təcrid etməli az gəlirli insanları dəstəkləmək istəyirik”, – deyə Birləşmiş Krallığın səhiyyə naziri Met Henkok bildirib.

Qeyd edilir ki, həmçinin yoluxmuş şəxsin ailə üzvlərinə də ödənişlər ediləcək. Onlara isə 182 funt sterlinq (təxminən 413 AZN) məbləğində vəsait veriləcək.

Xəbəri paylaş

VİDEOLAR