Böyük Britaniya ordusu tanklar və BMP-lərdən imtina edə bilər
Rasthaber Azərbaycan xəbər verir ki, Böyük Britaniya ordusu silahlı qüvvələrin müasirləşdirilməsi zamanı tanklardan imtina edə bilər.
Bildirilir ki, hökumət 227 ədəd “Çelencer 2” və 388 ədəd “Vorrior” piyadanın döyüş maşınının (BMP) müasirləşdirilməsinin böyük xərc tələb etməsinə görə bu cür bir qərar qəbul edə bilər.
Krallığın Müdafiə Nazirliyi hesab edir ki, bu texnika köhnəlib, döyüşün aparılmasının xüsusiyyət və üsulları isə dəyişib, artıq kibersilahlanma və kosmik texnologiyalar pul tələb edir.
Qeyd edilir ki, tanklar və BMP-lərin müasirləşdirilməsi və ya Almaniyadan “Leopard 2” tanklarının alınmasının mümkün variantlardan biri kimi qalmasına baxmayaraq, London artıq özünün NATO-dakı fəaliyyət rolunu dəyişmək imkanlarını tədqiq etməyə başlayıb.