Britaniyanın xarici işlər naziri Liz Trass deyib ki, ölkə Çinlə münasibətlərdə Rusiya ilə etdiyi səhvləri təkrarlamamalıdır.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Trass bu barədə Böyük Britaniyanın baş naziri vəzifəsinə digər namizəd Rişi Sunakla debat zamanı bildirib.
Bir müddət öncə Trass krallığın Ukraynadakı münaqişəyə açıq şəkildə müdaxiləsinə hazır olmadığını və taxıl daşıyan gəmiləri müşayiət etmək üçün krallığın donanmasının Qara dənizə göndərilməsini düzgün hesab etmədiyini bildirib.
Trassın sözlərinə görə, o, Böyük Britaniyanın münaqişədə birbaşa iştirakına hazır deyil. O əlavə edib ki, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrini Qara dənizə cəlb etmək düzgün qərar olmaz.