Britaniya Çin agentlərini ölkədən qovdu

Britaniya Çin agentlərini ölkədən qovdu

Böyük Britaniya ölkəyə sızan 3 Çin agentini ölkədən qovub.

Rasthaber Azərbaycan “Telegraph”a istinadla xəbər verir ki, ötən il jurnalist vizası ilə Dumanlı Albiona gələn çinlilərin əsl kimlikləri üzə çıxıb.

Aparılan araşdırmalar zamanı bəlli olub ki, özlərini Çinin fərqli 3 mətbu orqanının əməkdaşı kimi təqdim edən şəxslər əslində Çinin Dövlət Təhlükəsizlik Nazirliyinin xarici kəşfiyyat bölməsinin işçiləri olub.

Agentlər Böyük Britaniyanın MI5 daxili kəşfiyyat idarəsi tərəfindən ifşa edilərək ölkədən qovulublar. Xəfiyyələrin adları açıqlanmır.

Xəbəri paylaş

VİDEOLAR