Braziliyada işğal edilən binalara nəzarət bərpa edilib

Braziliyada işğal edilən binalara nəzarət bərpa edilib

Braziliyada seçkidə uduzan keçmiş prezident Jair Bolsonaronun tərəfdarları ölkədə icra hakimiyyətinin mərkəzi olan Planalto Sarayına və Ali Federal Məhkəməyə basqın ediblər.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, ordudan müdaxilə tələbi ilə şüarlar səsləndirən ifrat sağçı Bolsonaro tərəfdarları polislə toqquşduqdan sonra baryerləri aşaraq Konqres binasına daxil olublar.

Prezident Sarayı, Konqres və Ali Məhkəmə binalarına basqın edən yüzlərlə Bolsonaro tərəfdarı polisin gözyaşardıcı qazla müdaxiləsi nəticəsində binalarda çıxarılıb. Nümayişçiləri sözügedən binalardan çıxaran təhlükəsizlik qüvvələri orada tam nəzarəti ələ keçiriblər. Polisin gücləndirilmiş təhlükəsizlik tədbirləri və hadisələrdə iştirak edən nümayişçilərin saxlanmasının davam etdiyi bildirilib.

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Konqresə, Prezident Sarayına və Ali Məhkəməyə basqın edən nümayişçilərə müdaxilə əmrindən sonra 150 nümayişçi saxlanılıb. “Bunu edənlər qanunun gücü ilə cəzalandırılacaq. Hökuməti formalaşdırarkən bazar gününün səssizliyindən istifadə etdilər. Məlumdur ki, keçmiş prezidentin (Bolsonaro) bir neçə çıxışı buna səbəb oldu. Buna görə o və tərəfdarları məsuliyyət daşıyır” - prezident deyib.

Braziliyanın yeni prezidenti Luiz İnasio Lula da Silvaya qarşı aksiya təşkil edən Bolsonaro tərəfdarları orduya da müdaxilə çağırışı ediblər.

Xəbəri paylaş

VİDEOLAR