Braziliya İranın sülhün bərqərar olması səylərini yüksək qiymətləndirir

Braziliya İranın sülhün bərqərar olması səylərini yüksək qiymətləndirir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə telefonla danışıb.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə telefonla danışıb. Görüşdə Qəzzada baş verən son hadisələr müzakirə edilib.

Əmir Abdullahiyan Qəzzada atəşkəsin yaradılması və humanitar yardımların göndərilməsinin vacibliyini vurğulayaraq, Qəzza zolağına humanitar yardım göndərdiyi üçün Braziliyaya təşəkkür edib.

Braziliyanın xarici işlər naziri bu telefon danışığında İranın regiondakı mühüm roluna toxunub və İranın regionda və dünyada sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində konstruktiv səylərini yüksək qiymətləndirib.

Xəbəri paylaş

VİDEOLAR