Bəqai: İsrailin məsuliyyətə cəlb edilməsi və mühakimə olunmasının vaxtı çatıb

Bəqai: İsrailin məsuliyyətə cəlb edilməsi və mühakimə olunmasının vaxtı çatıb

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb ki, dünyanın özünə gəlib çağdaş tarixin ən şiddətli zülmü qarşısında ayağa qalxması və fələstinli uşaqlara qarşı iyrənc cinayətlər törədənlərin cəzasızlığına son qoymağın, Qəzzədə və İordan çayının qərb sahilində dəhşətli cinayətlər törətməkdə günahkar olan soyqırımçı rejimin və onun tərəfdarlarının məsuliyyətə cəlb olunmasının vaxtı çatıb.

Az.rasthaer.com xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün, 25 martda özünün X hesabında sionist rejimin Qəzzə zolağında davam edən cinayətlərinə toxunaraq yazıb: “İsrail rejimi Qəzzədə bir gündə 180-dən çox fələstinli uşağı qətlə yetirməklə, cinayətkar mövcudluğunun 70 ilində ən böyük uşaq qətliamı törədib.”

 

Bəqai sonra yazıb: “İndi dünya ictimai rəyi açıq şəkildə dərk edib ki, yırtıcı və işğalçı İsrail rejiminin körpə qətli törətməsi fələstinlilərin etnik və radikal şəkildə təmizlənməsinə yönəlmiş sistemli və hesablanmış siyasətdir. Terrorçu İsrail rejimi ABŞ və bəzi Qərb hökumətlərinin tam ortaqlığı və dəstəyi ilə və ya onların susqunluğu və hərəkətsizliyi sayəsində utanmadan bəşəriyyətə qarşı cinayətlərini, müdafiəsiz və günahsız fələstinli uşaq və ailələrin geniş şəkildə soyqırımını davam etdirir.”

 

“Günahsız fələstinli uşaqların qətliam edilməsi və işgəncələrə məruz qalması bəşəriyyətin vicdanında dərin yaralar buraxıb, BMT-nin və müvafiq insan haqları qurumlarının fəaliyyətsizliyi və biganəliyi də bu yaralara vurulan duz kimidir” - Bəqai, əlavə edib.

 

XİN sözçüsü vurğulayıb: “Dünyanın özünə gəlib müasir tarixin ən şiddətli zülmünə qarşı durması, fələstinli uşaqlara qarşı iyrənc cinayətlər törədənlərin cəzasız qalmasına son qoymağın, Qəzzədə və İordan çayının qərb sahilində iyrənc cinayətlər törətdikləri üçün soyqırım rejimini və onun tərəfdarlarını məsuliyyətə cəlb etməyin və mühakimə etməyin vaxtı çatmışdır.”

Xəbəri paylaş

VİDEOLAR