7 mərtəbəli məsciddə 2,5 minədək dindar ibadət edə biləcək.
Rasthaber Azərbaycan “Birmingham Mail”-ə istinadən xəbər verir ki, Birminhem şəhərinin rəhbərliyi qeyri-adi üslubda məscidin inşasına icazə verib.
Müsəlman məbədinin əsas xüsusiyyəti onun mərtəbələrinin sayı olacaq.
7 mərtəbəli məsciddə 2,5 minədək dindar ibadət edə biləcək.
İbadət zalının sahəsi 640 kvadrat metr təşkil edəcək.
Həmçinin binada böyük İslam mərkəzi, müsəlman məktəbi, mağazalar və yaşayış mənzilləri olacaq.
Üst mərtəbələrdə konfrans zalı, sərgi zalları və kitabxananın yerləşdirilməsi planlaşdırılır, damda isə bağ salınacaq.